CIG Containers, COSCO SHIPPING Lines şirkətinin rəsmi nümayəndəsidir

Dili seçin

 

AZƏRBAYCANA BÜTÖV MARŞRUT (CIP BAKI)

Azərbaycanda CIG Containers nümayəndəsi tərəfindən təmsil olunan COSCO SHİPPİNG Lines şirkəti bundan sonra boşaltma limanlarından dəmir yolu və avtomobil yolu ilə quru daşımaları da daxil olmaqla, Bakıya və Azərbaycanın bölgələrinə bütöv marşrutu təmin edir. Konteynerin demerreci və saxlanması üçün boş vaxt onun boşaltma limanına gəldiyi tarixdən deyil, Azərbaycandakı depolara çatma tarixindən etibarən hesablanır. Bu, Müştərilərin əlavə xərclərlə üzləşməmələrində və bu cür xərcləri minimuma endirmələrində yardımçı olacaqdır.

AZƏRBAYCANDA KONTEYNERLƏRİN SAXLANMASI

Bundan sonra COSCO SHIPPING Lines şirkətinin Azərbaycan ərazisində istənilən istiqamətə və təyinat məntəqəsinə ixrac üçün istifadə edilə bilən çoxsaylı boş konteynerlərə malik konteyner anbarı vardır. Bu anbar ixrac daşımaları üçün malların birbaşa Azərbaycandakı  konteynerlərə yüklənməsi imkanlarını təmin edir və yola düşmə limanında təkrar yüklənmənin və itkilərin qarşısını alır.

SİZİN YÜKÜNÜZ BİZİM QAYĞIMIZDIR

Biz layihə yüklərindən beynəlxalq daşımalara, ölkədaxili pərakəndə çatdırılmalara qədər geniş çeşidli yükdaşıma xidmətləri təklif edirik.

Bizimlə Əlaqə
100% TƏHLÜKƏSİZ ÇATDIRILMA

Mallarınızın təhlükəsiz və vaxtında çatdırılması bizim əsas qayğımızdır. Biz CIG Containers şirkəti olaraq, müştərilərimizi tanımağa və onların xüsusi tələblərini başa düşməyə vaxt ayırırıq.

Bizimlə Əlaqə
Daha ətraflı oxu..

Dünya miqyasında daşıma

Sizə lazım olan istənilən təyinat məntəqəsi

CIG Containers Azərbaycan tamamilə şəxsi ehtiyaclarınıza uyğun olaraq, bütün əhəmiyyətli yükləriniz üçün sizə etibarlı dəniz, dəmir yolu və avtomobil daşımaları xidmətlərini təklif edir. Biz sizə daşıma ilə bağlı hərtərəfli xidmətlər təqdim edirik: böyük ölçülü yüklər, standart məhsullar, yarım dolu və tam dolu konteynerlərin icarəsi, qapıdan-qapıya çatdırılmalar.

100% zəmanət

Biz öz xidmətimizi dəstəkləyirik

Mallarınızın təhlükəsiz və vaxtında çatdırılması bizim əsas qayğımızdır. Biz CIG Containers şirkəti olaraq, müştərilərimizi tanımağa və onların xüsusi tələblərini başa düşməyə vaxt ayırırıq. Bu, müştərilərə individual xidmət göstərmək üçün sənaye təcrübəmizi tətbiq etməyimizə imkan verir.

Yükünüzün saxlanması

Saxlama üçün 14 hektardan böyük ərazi

Malik olduğumuz imkanlar yükünüzə anbardan təhvil verməyə qədər qayğı göstərmək sərbəstliyi verir. Kiçik ölçülü yüklərdən böyük ölçüyə qədər.

Nəqliyyat vasitələriniz üçün dəstək

Maşınlarınıza xidmət edə bilərik

Yük maşınınız, avtomobil furqonunuz, yaxud istənil növ nəqliyyat vasitənizlə bağlı probleminiz var? Biz texniki xidmətdən qeydiyyata qədər istənilən xidməti təmin edirik.

Anbar – 14 hektardan böyük ərazi

CIG Containers şirkətinin anbar və logistika xidmətləri müştərinizin bütün tələblərini təmin edə bilər.

 

TƏYİNAT MƏNTƏQƏNİZƏ 100% ƏMİNLİKLƏ VƏ TƏHLÜKƏSİZ ÇATIN

Biz yüklərinizin və ya sərnişinlərinizin qayğısına qalacaq, onları sağ-salamat və vaxtında ünvana çatdıracağıq

YÜKÜNÜZÜ İZLƏYİN

 

 

TƏRƏFDAŞLARIMIZ